Xarebaşvili İspaniya nəhənglərinin diqqətini çəkdi

İdman

12.11.2024 13:50

TodayPress “Diario AS”a istinadən xəbər verir ki, Tbilisi “Dinamo”sunun cinah müdafiəçisi Saba Xarebaşvili yaşına görə bir neçə ölkə rekordu qırıb.

15 yaşında “Dinamo”nun əsas komandasında debüt edən Xarebaşvili ardıcıl oyunlar keçirməsi və üstün fiziki hazırlığı ilə seçilir. 

Futbolçu cari mövsüm “Dinamo”nun heyətində keçirdiyi 27 oyunda 2 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalında müdafiəçinin bazar dəyəri 300 min avro qiymətləndirilir. 

Namiq HUN

tag: Tbilisi, Dinamo, Saba Xarebaşvili, Transfermarkt,todaypress.az,