Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi - FOTO

İdman

21.12.2024 14:30

Xankəndidə badminton üzrə ölkə çempionatı keçirildi

TodayPress xəbər verir ki, uzun illərdən sonra badminton üzrə ölkə çempionatı Xankəndi şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkiatçılığı ilə final yarışı Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub. 

Təhsil ocağının idman zalında keçirilən badminton üzrə Azərbaycan çempionatında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və media nümayəndələri iştirak edib. 

Turnirin qalib və mükafatçıları təltif edib.

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.

tag: Xankəndi, Badminton, Çempionat, Təhsil, todaypress.az,

photo
photo