“Xankəndi” futbol klubu yaradıldı
İdman
24.09.2024 17:32
AFFA 2024/25 Region Liqasında “Xankəndi” klubunun iştirakını təsdiqləyib.
TodayPress xəbər verir ki, komanda bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək.
Komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.
“Xankəndi” klubunun heyətinə gəlincə, rəhbərlik Azərbaycan çempionatında təcrübəsi olan futbolçularla müqavilə bağlamağı planlaşdırır. Heyətdə "Real Bakı" minifutbol komandasında çıxış edən oyunçular da yer alacaqlar.
Namiq HUN
tag: AFFA ,Xankəndi ,Azərbaycan, Elnur Məcidov ,Şamaxı ,todaypress.az,