Xanım idmançımız Avropa Çempionatında gümüş medal qazandı
İdman
15.06.2024 14:45
Yunanıstanın Saloniki şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında Avropa birinciliyi keçirilir.
TodayPress xəbər verir ki, ilk yarış günü Nuray Əbilova (40 kq) körpücük üzərinə çıxıb.
İdmançımız birdən qaldırma hərəkətində 49 kq ağıtlığı ram edib. O, bu hərəkətdə qitə birinciliyinin gümüş medalına sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində isə 57 kq-ı başı üzərinə qaldırıb və 5-ci olub. Nuray Əbilova toplam 106 kq (49+57) nəticə ilə 4-cü yeri tutub.
Namiq HUN
tag: Avropa Çempionat, Nuray Əbilova, Gümüş Medal, Yunanıstan, todaypress.az,