Xanım boksçumuz rəqibinə aman vermədi – MÖHTƏŞƏM QƏLƏBƏ
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. TodayPress xəbər verir ki, növbəti yarış günü Azərbaycan millisinin daha bir üzvü rinqə çıxıb.
Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Rəhimova yarımfinala vəsiqə uğrunda Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. Rəhimova qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
tag: Boks, İdman, Zeynəb Rəhimova, Tailand, Qələbə, Olimpia, Todaypress.az,