Xames Rodriqes Avropaya qayıdır
Yarımmüdafiəçi Xames Rodriqes "San Paulo"dan (Braziliya) ayrılıb.
TodayPress xəbər verir ki, tərəflər müqaviləyə xitam veriblər.
Kolumbiyalı futbolçu Avropaya qayıtmaq istəyir. Xames bu səbəbdən müqavilədə imzaladığı bonusların bir hissəsindən də imtina edib.
Daha əvvəl futbolçunun xidmətində İspaniyanın “Atletiko” və “Betis”, eləcə də İtaliyanın “Latsio” klubunun maraqlı olduğu haqda məlumat yayılıb.
Qeyd edək ki, Xames Rodriqes 2023-cü ilin iyulunda azad agent kimi "San Paulo"ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi idi.
Namiq HUN
tag: Xames Rodriqes, Avropa, İspaniya, Atletiko, Betis, todaypress.az,