WADA Sinneri diskvalifikasiya etdi

İdman

15.02.2025 15:40

2597

Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) dünya reytinqinin lideri italiyalı tennisçi Yannik Sinneri üç ay müddətinə diskvalifikasiya edib.

TodayPress xəbər verir ki, antidopinq qaydalarını pozan tennisçinin cəza müddəti bu il mayın 4-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ilin martında İndian-Uellsdəki “Masters” turnirində dünya reytinqinin liderinin verdiyi dopinq testlərinin nəticəsi müsbət çıxmışdı. Lakin Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) idmançını günahsız hesab etmişdi. Bu səbəbdən WADA oktyabr ayında ITIA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermişdi.

Namiq HUN

tag: WADA,İtaliya,Tennis,Yannik Sinner,Diskvalifikasiya ,todaypress.az,