WADA Azərbaycan idmançısını cəzalandırdı
Azərbaycan samboçusu Ramil Vəliyevin cəzası məlum olub.
TodayPress WADA-ya istinadən xəbər verir ki, qurum döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib.
Səbəb idmançının antidopinq qaydalarını pozmasıdır.
Vəliyevin 2022-ci ilin sentyabrında Avropa çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılıb. Samboçunun cəzası həmin il oktyabrın 28-dən hesablanır.
Ramil 2027-ci il oktyabrın 27-də yarışlara qayıda biləcək.
Namiq HUN
tag: Azərbaycan,İdman,Sambo,Ramil Vəliyev,Cəza,Todaypress.az,