Vüqar Kərəmov “Rizin” turnirində döyüşəcək
İdman
17.11.2024 04:00
Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxacaq.
TodayPress xəbər verir ki, o, noyabrın 17-də Yaponiyanın Naqoya şəhərində təşkil olunacaq “Rizin” turnirində qüvvəsini sınayacaq.
70 kq çəkidə mübarizə aparacaq Vüqar yaponiyalı idmançı Kazumasa Majima ilə döyüşəcək. Kərəmov uğurlu çıxış müqabilində kəmər uğrunda döyüşə vəsiqə qazanacaq.
Qeyd edək ki, Vüqar Kərəmov “Rizin” çərçivəsində keçirdiyi 7 döyüşdə 5 qələbə qazanıb.
Namiq HUN
tag: Azərbaycan, MMA, Vüqar Kərəmov, Naqoya, Rizin, Turnir, todaypress.az,