Vüqar Həşimov Memorialında parid turniri başa çatdı
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan yarışda 3 şahmatçı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə təmsil olunur.
8 qrossmeysterin iştirak etdiyi turnirdə şahmatın rapid növü üzrə yarışlar keçirilib.
İkinci yarış günü baş tutan 4 tur Şəhriyar Məmmədyarovun uğurlu çıxışı ilə əlamətdar olub. Qrossmeysterimiz 3 oyunda qələbə qazanıb, 1-də isə heç-heçəyə razılaşıb.
Ümumilikdə VII turdan ibarət rapid turnirinin qalibi adını 10 xal toplayan rusiyalı Yan Nepomnyaşi qazanıb. Şəhriyar Məmmədyarov liderdən 1 xallıq geriləmə ilə ikinci olub. Digər şahmatçılarımızdan Aydın Süleymanlı 6 xalla altıncı, Rauf Məmmədov isə 4 xalla sonuncu, səkkizinci yeri tutub.
Namiq HUN
tag: Azərbaycan ,Şahmat ,Şəhriyar Məmmədyarov ,Rauf Məmmədov ,Aydın Süleymanlı ,Qələbə, todaypress.az,