“Vüqar Həşimov” klubundan növbəti qələbə
İdman
22.10.2024 09:15
Azərbaycanın “Vüqar Həşimov” klubu Serbiyada keçirilən şahmat üzrə Avropa Kubokunda ardıcıl ikinci qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, təmsilçimiz Vranyatske-Bane turnirinin II turunda İsveçin “Lunds” kollektivindən güclü olub 3,5:2,5.
Azərbaycan komandası I turda Norveçin SOSS klubuna 5,5:0,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.
Namiq HUN
tag: Azərbaycan, Vüqar Həşimov, Norveç, Avropa, SOSS, Şahmat, todaypress.az,