"Vüqar Həşimov" klubu Serbiyada növbəti qələbəsini qazandı

İdman

25.10.2024 10:19

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda uğurlu çıxışını davam etdirir. 

TodayPress xəbər verir ki, Azərbaycan təmsilçisi V turda İsrailin "Etude Ramat Qan Dov Porat Memorial" klubu ilə görüşüb. 

“Vüqar Həşimov” klubu rəqibini 4:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, şahmatçılarımız əvvəlki dörd turda Norveçin SOSS, İsveçin “Lunds” və İsveçrənin "Riksen" kollektivlərinə qalib gəlib, Rumıniyanın "Superçess" klubuna isə məğlub olublar.

Namiq HUN

tag: Vüqar Həşimov, Serbiya, Avropa, Lunds, Azərbaycan, todaypress.az,