"Vüqar Həşimov" klubu Avropa Kubokunda növbəti qələbəsini qazandı
İdman
24.10.2024 08:34
“Vüqar Həşimov” klubu Serbiyanın
Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda növbəti
qələbəsini qazanıb.
TodayPress xəbər
verir ki, Azərbaycan təmsilçisi IV turda İsveçrənin “Riksen”
klubuna 4:2 hesabı ilə qalib gəlib.
Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5),
İsveçin “Lunds” kollektivlərini (3,5:2,5) üstələyib, Rumıniyanın
"Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa
Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov,
Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay
Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”,
Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
tag: Serbiya, Azərbaycan, Şahmat, İsveç, Riksen,todaypress.az,