“Vulverhempton”un azarkeşləri istefa tələb edirlər

İdman

12.12.2024 16:49

İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubu cari mövsümdə aşağı pillələrdən qurtula bilmir.

TodayPress xəbər verir ki, azarkeşlər dəyişikliklər tələb edir və ən yaxşı həll yolunun baş məşqçi Qari O’Nilin işdən çıxarılmasında görürlər.

Klub rəhbərliyi hazırkı məşqçiyə tam güvənir. Onlar bütün səviyyələrdə dəstəyi olan məşqçinin qarşıdakı matçlarda vəziyyəti dəyişə biləcəyinə inanırlar.

Qeyd edək ki, Qari O’Nilin komandası cari mövsüm 2 qələbə qazanıb, 3 heç-heçə edib və 10 matçda məğlub olub. 

Namiq HUN

tag: İngiltərə, Premyer, Liqa ,Dəstək, todaypress.az,