Voytsex Şçesnı Ronaldo ilə eyni klubda oynayacaq

İdman

24.06.2024 12:58

Polşa millisinin və “Yuventus” klubunun qolkiperi Voytsex Şçesnı A Seriyasının tərk edəcək.

TodayPress xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzalayacaq. O, Ər-Riyad təmsilçisində 2 mövsümə 19 milyon avro qazanacaq. “Qoca sinyora” bu transferdən 4 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Voytsex Şçesnının Turin klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi var idi.

Namiq HUN

tag: Vaytsex Şçesnı, Ronaldo, Polşa, Ər-Riyad, Əl-Nəsr, todaypress.az,