Voyçex Şensnı "Yuventus"la yollarını ayırdı
İdman
14.08.2024 10:05
“Yuventus” futbolçusu Voyçex Şensnı ilə müqaviləni ləğv etmək üçün qarşılıqlı razılıq əldə edib.
TodayPress xəbər verir ki, 34 yaşlı polşalı qapıçının İtaliya klubundan təzminat alacağı bildirilir. O, azad agent olacaq.
Qeyd edək ki, Voyçex Şensnı 2017-ci ildə “Arsenal”dan 18 milyon avroya “Yuventus”a transfer olunub. O, Turin klubunun heyətində 252 matça çıxıb, 233 qol buraxıb, 103 matçda isə qapısını toxunulmaz saxlayıb.
Namiq HUN
tag: Yuventus, Voyçex Şensnı, İtaliya, Klub,Arsenal, todaypress.az,