Volkov Azərbaycan futbolunun tarixinə düşdü
İdman
02.12.2024 13:57
Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
TodayPress Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Zirə”nin futbolçusu Premyer Liqanın XV turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.
Onun matçdakı son topu 50-ci yubiley qolu olub. Gürcüstanlı hücumçu tarixi göstəriciyə Premyer Liqadakı 163-cü görüşündə imza atıb. Volkov Azərbaycan çempionatında üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qol vurub.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur. Xatırladaq ki, Volkova qədər azərbaycan çempionatında gürcüstanlı futbolçulardan Badri Kvaratsxeliya 71, Georgi Adamiya isə 61 qol vurub.
Namiq HUN
tag: Volkov, Qol, Çempionat, Futbol,Liqa,todaypress.az,