Voleybolçu oğlanlar EEVZA çempionatında yarışacaq
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
TodayPress Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.
Turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir.
U-16 noyabrın 27-də Estoniya, iki gün sonra isə Latviya komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir AVRO-2025-ə seçmə xarakter daşıyır. EEVZA-nın qalibi qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Namiq HUN
tag: Voleybol Federasiyası, Azərbaycan, Latviya, Estoniya, AVRO 2025, EEVZA, todaypress.az,