Voleybol millimiz EEVZA-da iştirak edəcək
İdman
08.11.2024 05:00
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət yığma komandası Polşada keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
TodayPress Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, çempionatda milli komanda ilə yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komanda mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, noyabrın 20-23-də keçiriləcək yarış Avro-2025-ə seçmə xarakteri daşıyır.
Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Namiq HUN
tag: Voleybol, Milli, Litva, Ukrayna, Estoniya, todaypress.az,