Voleybol milliləri Qızıl və Gümüş Avropa Liqalarında
Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri Avropa Liqasında çıxış edəcəklər.
TodayPress xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının qaydalarına uyğun olaraq komandalar reytinqə əsasən liqalara bölünüb.
Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət milli komandamız Qızıl Avropa Liqasında, 37-ci yerdə olan kişilərdən ibarət yığmamız isə Gümüş Avropa Liqasında çıxış edəcək.
Qadınlar: Azərbaycan, Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya, Xorvatiya.
Kişilər: Azərbaycan, Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.
Qadınların yarışında ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər.
Kişi voleybolçuların turnirində isə ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar.
Hər iki yarış 30 may-6 iyul 2025-ci il tarixlərində keçiriləcək.
Namiq HUN
tag: Kişi,Qadın,Voleybol,Avropa Liqası,Azərbaycan,todaypress.az,