Vlahoviç “Yuventus”la dil tapa bilmir
“Mançester Yunayted” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
TodayPress “Football Insider”ə istinadən xəbər verir ki, serbiyalı futbolçu Turin təmsilçisi ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.
Artıq Vlahoviçin “Yuventus”da uzun müddət qalması şübhə altındadır. “Qırmızı şeytanlar” isə yeni hücumçu almağa hazırlaşır.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm bütün yarışlarda 18 matçda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt portalında forvardın transfer dəyəri 65 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Transfer, Şübhə, Futbol, Klub, todaypress.az,