Vladislav Kalmıkov beynəlxalq turnirdə bürünc medal qazandı
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən 2025 H&N Kubokunda bürünc medal qazanıb.
TodayPress Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 7 snayperlə təmsil olunur.
Namiq HUN
tag: İdman,H&N Kuboku,Güllə atıclıq,Azərbaycan Atıcılıq Federasiyası,Münhen 2025,todaypress.az,