Virus Sinnerin planlarını pozdu

İdman

29.10.2024 16:55

Yannik Sinnerin Parisdəki “Masters”dən uzaqlaşmasının səbəbi məlum olub. 

TodayPress xəbər verir ki, dünya tennisinin lideri bağırsaq virusuna görə turnirdə iştirakdan imtina edib.

“Yannik Sinner Parisə gəlməmişdən əvvəl yoluxduğu bağırsaq virusundan əziyyət çəkirdi. O, turnirdə iştirak etmək istəsə də, bu səbəbdən yarışa qatıla bilməyib” “Masters”in mətbuat xidmətinin rəsmi sosial media hesabında bildirib.

Qeyd edək ki, Sinneri Paris turnirində dünyanın 85-ci raketkasi olan fransalı Artur Kazo əvəz edəcək.

Namiq HUN

tag: Yannik Sinner, Masters, Virus, Tennis, todaypress.az,