Virtz “Mançester Siti”ni seçdi

İdman

21.11.2024 09:45

“Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtz karyerasını “Mançester Siti”də davam etdirmək istəyir.

TodayPress Britaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi transfer üçün “şəhərlilər”dən 120 milyon avro istəyəcək. 

Virtz daha əvvəl “Real Madrid” və “Bavariya”dan da təklif alıb. 21 yaşlı futbolçu start heyətdə oynamaq imkanını görmədiyi üçün “şəhərlilər”ə keçməyə üstünlük verib. Onun “Siti”də müqaviləsi başa çatmaq üzrə olan Kevin De Bruyneni əvəz edəcəyi gözlənilir. 

Qeyd edək ki, cari mövsüm Virtz klub və milli komandanın heyətində bütün yarışlarda 23 matça çıxıb. O, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Bayer 04, Florian Virtz, Mançester Siti, Britaniya, Real Madrid, todaypress.az,