Virts millidən zədəli qayıdır

İdman

16.10.2024 12:35

UEFA Millətlər Liqasının IV turunun Almaniya və Niderland millilərinin qarşılaşdığı matçda “Bayer Leverkuzen”in yarımmüdafiəçisi Florian Virts zədələnib.

TodayPress xəbər verir ki, Bundestimin baş məşqçisi Yulian Naqelsmann məlumat verib.

“Flo Münhendə diaqnostikadan keçəcək. Onun ayaqdaxili bağlarında kiçik problemlər var idi. Ümid edirik ki, zədə ciddi deyil” məşqçi deyib.

Qeyd edək ki, 2021-ci ildən Almaniya millisinə dəvət alan Florian Virts, karyerası ərzində meydana çıxdığı 27 oyunda 4 qol vurub.

21 yaşlı Virts “Barselona”, ”Real Madrid” və “Bavariya” kimi top klubların maraq dairəsindədir.

Namiq HUN

tag: UEFA ,Real Madrid, Bavariya , Florian Virts ,Bayer Leverkuzen ,todaypress.az,