Virts məhsuldar göstəricidə liderdir
21 yaşadək futbolçular arasında 2024-cü ildə komandanın məhsuldarlıq göstəricisində ən çox pay sahibi olan futbolçuların adları açıqlanıb.
TodayPress xəbər verir ki, “Bayer Leverkuzen” klubunun hücumameyilli yarımmüdafiəçisi Florian Virts sıralamanın birincisidir (36 oyuna 25 dəfə).
2-3-cü pillələri “Leypsiq”dən Benyamin Şeşko (29 oyuna 22 dəfə) və “Barselona”dan Lamin Yamal (37 oyuna 22 dəfə) bölüşdürürlər.
Yaxşı 10-luğa həmçinin Camal Musiala (“Bavariya”, 28 oyuna 18 dəfə),
Çud Bellinqem (“Real Madrid”, 29 oyuna 16 dəfə),
Semih Kılıçsoy (“Beşiktaş”, 33 oyuna 16 dəfə),
Abbosbek Fayzullayev (ÇSKA, 27 oyuna 15 dəfə),
Yohan Bakayoko (PSV, 31 oyuna 15 dəfə),
Alexandro Qarnaço (“Mançester Yunayted”, 35 oyuna 15 dəfə),
Aleksey Batrakov (“Lokomotiv Moskva”, 20 oyuna 14 dəfə) da adını yazdırıb.
Namiq HUN
tag: Camal Musiala, Bavariya, Real Madrid,Mançester Yunayted,Lokomotiv Moskva, todaypress.az,