Virts Bundesliqada ayın ən yaxşısı seçildi

İdman

14.02.2025 12:35

2644

Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi Florian Virts Bundesliqada yanvar ayının ən yaxşı futbolçusu seçilib.

TodayPress Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Virts səsvermədə “Bavariya”dan Yozua Kimmix, Maykl Olise, “Leyptsiq”dən Villi Orban, Xavi Simons və “Verder”dən Romano Şmidi qabaqlayıb.

21 yaşlı futbolçu yanvarda Bundesliqada meydana çıxdığı 4 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Florian Virts cari mövsüm bütün turnirlərdə keçirdiyi 34 matçda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Almaniya,Bayer,Florian Virts,Bundesliqa,todaypress.az,