Virts “Barselona”nın radarına düşdü

İdman

07.06.2024 10:04

"Barselona" klubu 2025-ci il üçün əsas transfer hədəfini açıqlayıb

TodayPress xəbər verir ki, "Barselona"nın idman direktoru Deko məhz gələn ilin yayında yüksək səviyyəli transfer həyata keçirməyi planlaşdırır.

İstedadlı hücumameyilli yarımmüdafiəçinin böyük pərəstişkarı sayılan Kataloniya komandasının portuqaliyalı funksioneri Dekonun əsas transfer hədəfi “Bayer Leverkuzen”in ulduz futbolçusu Florian Virtsdir.

Qeyd edək ki, son mövsüm Virts “Bayer”in heyətində meydana çıxdığı 49 matçda 18 qol vurub və 20 məhsuldar ötürmə edib. Almaniya çempionunun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 110 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Virts, Barselona, Deko, Transfer, todaypress.az,