Vinisiusun diskvalifikasiyası qüvvədə qaldı
İdman
14.01.2025 14:58
“Real Madrid” futbol klubunun Vinisius Juniorla bağlı apellyasiya şikayəti rədd edilib.
TodayPress xəbər verir ki, braziliyalı futbolçunun 2 oyunluq diskvalifikasiyası qüvvədə qalıb.
Vinisius “Valensiya” ilə matçda rəqib qapıçıya qarşı kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb. “Real” qərara etiraz etsə də, onların tələbi qəbul olunmayıb.
“Kral klubu”nun qərardan İdman Adminstrasiya Məhkəməsinə müraciət etmək hüququ var.
Qeyd edək ki, Vinisius Junior La Liqanın “Las-Palmas” və “Valyadolid” klubları ilə görüşlərində meydana çıxa bilməyəcək.
Namiq HUN
tag: Futbol, Oyun, Klub ,Məhkəmə, Liqa, todaypress.az,