Vinisiusun agentləri “Real”dan yüksək məvacib tələb etdilər
Braziliyalı futbolçu Vinisius Juniorun agentləri yeni müqaviləni müzakirə etmək üçün “Real Madrid” klubunun rəhbərliyi ilə ilk görüş keçiriblər.
TodayPress “Relevo”ya istinadla xəbər verir ki, “Real” yeni əmək müqaviləsinə əsasən Vinisiusa ödəməyə hazır olduğu məbləği açıqlayıb.
24 yaşlı futbolçunun agentləri hesab edirlər ki, onların müştərisi daha çox qazanmalıdır.
“Kral klubu” daha çox ödəməyə hazır olan Səudiyyə Ərəbistanı komandalarının Vinisiusa marağı səbəbindən danışıqların asan olmayacağını bilsə də, hücumçunun maaşını həddindən artıq şişirtmək istəmir.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Namiq HUN
tag: Braziliyalı futbolçu ,Vinisius Junior,Real,Kral klubu,Todaypress.az,