Vinisiusu ciddi təhlükə gözləyir

İdman

26.09.2024 15:14

Mütəmadi olaraq digər klubların azarkeşləri tərəfindən təhqirlərlə üzləşən Vinisiusu La Liqanın VIII turu baş tutacaq Madrid derbisində ciddi təhlükə gözləyir. 

TodayPress xəbər verir ki, "Atletiko"nun irqçi ifadələrə üstünlük verən aktiv azarkeşləri "Real"la oyun zamanı braziliyalı forvarda qarşı etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.  

“Hindular”ın azarkeşləri oyuna maska taxaraq gələcəklər. Bu addım "kral klubu"nun hücumçusunu təhqir edə bilmək və şəxsiyyətlərini gizli saxlamaq üçün atılacaq. 

Artıq azarkeşlər fəal şəkildə futbolçuya qarşı irqçi ifadələr yayırlar və sosial şəbəkələrdə digər "Atletiko" azarkeşlərini də onların aksiyasına qoşulmağa çağırırlar.

Qeyd edək ki, klubların azarkeşləri tərəfindən təhqirlərlə məruz qalan Vinisius sentyabrda İspaniyanın irqçiliklə bağlı böyük problemləri olduğunu deyərək, 2030-cu il dünya çempionatına ev sahibliyi hüququnun ölkədən alınmasına çağırıb.

"Atletiko" - "Real" matçı 29 sentyabrda Madriddə keçiriləcək. 

Namiq HUN

tag: Vinisus,Atletiko ,Azarkeşlər ,Təhqirlər, Problem ,İspaniya ,todaypress.az,