Vinisius Səudiyyə Ərəbistanını seçdi

İdman

04.12.2024 12:44

“Real” klubunun hücumçusu Vinisius Junior Madrid təmsilçisini tərk edə bilər.

TodayPress İspaniya mətbuatın aistinadən xəbər verir ki, Vinisius karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. 

Braziliyalının ətrafı və özü hazırda təklif olunan məbləğlərlə maraqlanırlar. 24 yaşlı hücumçunun transferi “kral klubu”na futbol tarixində  ən böyük məbləği qazandıra bilər.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun Vinisius ilə ciddi maraqlandığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Vinisius Junior cari mövsüm bütün turnirlərdə keçirdiyi 18 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

“Transfermarkt” portalında forvardın transfer dəyəri 200 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Real, Transfer, Futbol,Hücm, todaypress.az,