Vinisius “Real”la yoluna davam edəcək
“Real Madrid” klubunun hücumçusu Vinisius Junior gələcəyi ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanı Liqasına transfer olunmayacağını açıqlayıb.
“Hazırda çox sakitəm, 2027-ci ilin yayına qədər “Real”la müqaviləm var və onun yenilənməsini səbirsizliklə gözləyirəm. “Real” mənim üçün ən yaxşı yerdir. Ən yaxşı insanlarla oynayıram. Mən çox xoşbəxtəm” Vinisius deyib.
Qeyd edək ki, Vinisiusun Səudiyyə Ərəbistanından çılğın müqavilə təklifi aldığı bildirilirdi. Ərəblər forvardla transfer məbləği 200 milyon avro olan 5 illik anlaşmanı planlaşdırırdılar.
Namiq HUN
tag: Real Madrid,Vinisius Junior,Səudiyyə Ərəbistanı,Liqa,todaypress.az,