Vinisius “Real”da 100 qol vuran ikinci braziliyalı futbolçu oldu
“Real Madrid” klubunun futbolçusu Vinisius Junior həmyerlisi Ronaldonun uğurunu təkrarlayıb.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Vinger “Zaltsburq” (5:1) klubuna qarşı Çempionlar Liqasının matçında fərqlənməklə göstəriciyə nail olub.
24 yaşlı braziliyalı futbolçu “kral klubu”nun heyətində bütün yarışlarda 100-cü qoluna imza ataraq Ronaldodan (104 qol) sonra bunu bacaran ikinci oyunçu olub.
“Real”da ümumilikdə 23 futbolçu 100 qol həddinə çatıb.
Namiq HUN
tag: Real,Futbol,Kral klub,Futbolçu,Todaypress.az,