Vinisius ötən mövsümün ən yaxşısı seçildi
İdman
14.12.2024 09:49
“Real Madrid” klubunun futbolçusu Vinisius Juniyor ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, o, İspaniyanın “Marca” nəşri tərəfindən keçirilən səsvermədə göstəriciyə nail olub. Səsvermədə dünyanın hər yerindən 122 jurnalist, sabiq məşqçilər və futbolçular iştirak ediblər.
Qeyd edək ki, ikinci yerdə “Real”ın ingilis futbolçusu Cud Bellinqem qərarlaşıb. İlk üçlüyü isə “Mançester Siti”dən Rodri tamamlayıb.
Namiq HUN
tag: İspaniya, Marca ,Futbol, Klub, todaypress.az,