Vinisius Messinin Çempionlar Liqası rekordunu qırdı
“Real Madrid” klunun hücumçusu Vinisius Junior Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında Dortmund “Borussiya”sına (2:0) qol vurub.
TodayPress xəbər verir ki, 23 yaş 325 günlük olan Vinisius iki Çempionlar Liqasının finalında qol vuran ən gənc oyunçu olub. O, daha əvvəl 2022-ci ilin finalında "Liverpul"a (1:0) qol vurub. Vinisius Lionel Messinin 23 il 338 günlük rekordunu (2011-ci ildə) üstələyib.
Qeyd edək ki, “Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Bu turnirin rekord göstəricisidir. Kubokların sayına görə “Milan” (7 qələbə) ikinci komandadır. Üçüncü yeri “Bayern Münhen” və “Liverpul” (hər biri 6) bölüşür.
Namiq HUN
tag: Vinisius, Real Madrid,Vinisius Junior, Çempionlar Liqası, İdman, Football, todaypress.az,