Vinisius Junior ilin ən yaxşı futbolçusu seçildi
İdman
18.12.2024 09:19
“Real Madrid” klubunun hücumçusu Vinisius Junior FIFA-nın versiyasına görə 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, Braziliya millisinin forvardı səsvermədə 48 xal toplayaraq FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi olub.
O, ikinci pilləni tutan “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodrini 5 xal qabaqlayıb. İlk üçlüyü 37 xalla “kral klubu”nun digər üzvü Cud Bellinqem təşkil edib.
Mükafatın ötənilki qalibi Lionel Messi 6-cı olub. Argentinalı ulduz 25 xal toplayıb.
FIFA-nın səsverməsi:
Vinisius Junior (“Real Madrid”) - 48 xal;
Rodri (“Mançester Siti”) - 43 xal;
Cud Bellinqem (“Real Madrid”) - 37 xal;
Daniel Karvaxal (“Real Madrid”) - 31 xal;
Lamin Yamal (“Barselona”) - 30 xal;
Lionel Messi (“İnter Mayami”) – 25 xal;
Toni Kroos (“Real Madrid”) - 18 xal;
Erlinq Holand (“Mançester Siti”) - 18 xal;
Kilian Mbappe (PSJ/“Real Madrid”) – 14 xal;
Florian Virts (“Bayer 04”) - 8 xal;
Federiko Valverde (“Real Madrid”) – 4 xal.
Namiq HUN
tag: Vinisus, Mançester,Xal, Futbol, todaypress.az,