Vinisius iki oyunluq cəzalandırıldı

İdman

08.01.2025 10:54

“Valensiya” ilə oyunda qırmızı vərəqə alan “Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Juniorun cəzası məlum olub.

TodayPress xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb. 

“Kral klubu”nun hücumçusu La Liqanın XII turundan təxirə salınan görüşdə rəqib qapıçı Stole Dmitrievskini itələyərək yerə yıxıb. O, bu hərəkətə görə, qırmızı vərəqə ilə cəzalandırılıb. 

İspaniya Kral Futbol Federasiyası Vinisiusu 2 oyunluq cəzalandırıb. 

Bundan əlavə, braziliyalı futbolçu 600 avro, Madrid təmsilçisi isə 700 avro məbləğində cərimələnib.

 Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”da oynayır. O, cari mövsüm bütün turnirlərdə meydan çıxdığı 22 matçda 13 qol vurub və 9 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Vinisus ,Real ,Mövsüm ,Klub, todaypress.az,