Vinisius fantastik təklif aldı

İdman

28.01.2025 12:05

“Real Madrid” klubunun futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından fantastik təklif alıb.

TodayPress "AS" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klub braziliyalı hücumçuya 5 illik müqavilə təklif edib. Forvard təklifi qəbul etsə, bir milyard avro qazanacaq.

İddiaya görə, klub futbolçunun transferi üçün “Real”a 300 milyon avro təzminat ödəmək niyyətindədir. 

La Liqa təmsilçisi isə futbolçunu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmir. 

Hücumçu komandadan ayrılmaq istədiyini bildirsə, rəhbərlik ərəblərin təklifi ilə razılaşmalı olacaq.

Namiq HUN

tag: Real Madrid,Vinisius Junior,Səudiyyə Ərəbistanı,Forvard ,todaypress.az,