Vinisius ərəblərin təklifini rədd etdi
İdman
12.08.2024 15:40
"Real Madrid" klubunun braziliyalı hücumçusu Vinisius Junior bu yay Səudiyyə Ərəbistanından çox sərfəli təklif alıb.
TodayPress xəbər verir ki, qarşı tərəf Vinisiusu 2034-cü il dünya çempionatı ərəfəsində ölkənin əsas futbol siması etmək istəyib.
Forvard Madriddə xoşbəxt olduğundan Səudiyyə Ərəbistanından gələn təklifi geri çevirib.
Ancaq bunun ərəb klublarının "Real Madrid"dən braziliyalı ulduzu almaq üçün sonuncu cəhdi olmadığı gözlənilir. Onların Vinisiusla danışıqlarda əsas arqumenti sərfəli maliyyə təklifidir.
Qeyd edək ki, son mövsüm “Real” İspaniya çempionatını, ölkə Superkubokunu və UEFA Çempionlar Liqasını qazanıb. Vinisius bütün yarışlarda 39 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Vinisius , Real, İspaniya, UEFA, Çempionat, Liqa, todaypress.az,