“Vilyarreal” klubunun prezidenti həbs olundu
İdman
11.07.2024 12:48
İspaniyanın “Vilyarreal” komandasının prezidenti Fernando Roç həbs olunub.
TodayPress xəbər verir ki, buna funksionerin vergi dələduzluğunda adının hallanması səbəb olub. O, 11 ay 28 gün həbs cəzasına məhkum edilib.
F. Roça ilə yanaşı klubda işləyən daha iki idarəçi də cinayət cəzası alıb.
Məlumata görə, təqsirləndirilən şəxslər komandanın ev stadionunun yenidən qurulması ilə bağlı sənədləri manipulyasiya ediblər.
Dələduzluğun 525 min 440 avro məbləğində olduğu bildirilib.
tag: Vilyarreal, Prezident, Fernando Roç, Dələduzluq, Həbs, todaypress.az,