“Vilyarreal” Barri ilə müqavilə bağladı

İdman

22.08.2024 12:38

"Sarı sualtı qayıq" fransalı futbolçunu transfer edib.

TodayPress xəbər verir ki, hücumçu Tyerno Barri ilə müddəti 2029-cu ilə qədər olan müqavilə bağlanıb.

"Transfermarkt" portalında “Vilyarreal” klubunun forvard üçün 14 milyon avro ödədiyini, onun qiymətinin isə 4 milyon avro olduğunu yazıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu 2023-cü ildən İsveçrənin "Bazel" klubunda çıxış edib. Barri komandanın heyətində meydana çıxdığı bütün turnirlərdə 41 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Tyerno Barri , Hücumçu, İsveçrə, Bazel,Sarı Sualtı Qayıq, todaypress.az,