Villian Neymarın rekordunu qırdı

İdman

21.10.2024 16:15

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb.

TodayPress xəbər verir ki, cinah oyunçusu buna A Seriyasında "Yuventude"yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

17 yaşlı futbolçu qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliya çempionatında 10 qol vurub, 8 məhsuldar ötürmə edən Villian, 18 yaşadək futbolçular arasında yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Neymar 2009-cu ildə "Santos"un heyətində 16 qol vurub.

Namiq HUN

tag: Braziliya, Palmeyras, Estevao, Neymar, Rekord, todaypress.az,