Viktor Osimhenin transfer şərtləri açıqlandı
İdman
17.07.2024 09:38
PSJ İtaliyanın "Napoli" futbol klubunun hücumçusu Viktor Osimhenin transferini başa çatdırmaq üçün komandanın hücumçusu Randal Kolo Muanini tezliklə satmalıdır.
TodayPress xəbər verir ki, parislilərin forvardının satışı reallaşmadan Osimhenin transferi mümkün olmayacaq. PSJ-nin idman direktoru Luiş Kampuş Kolo Muaninin transferi üçün çalışır.
“Napoli” klubunun rəhbərliyi nigeriyalı futbolçu ilə 130 milyon avro müqabilində ayrılmağa hazırdır. Osimhenin klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Forvard ötən mövsüm bütün turnirlərdə 32 matça çıxıb. O, bu görüşlərdə 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt internet portalında futbolçunun transfer dəyəri 100 milyon avro qiymətləndirilir.
PSJ-nin hücumçusu Kolo Muani isə son mövsüm 44 matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında forvardın bazar dəyəri 45 milyon avrodur.
Namiq HUN
tag: Viktor Osimhen, PSJ, Napoli, Kolo Muani, todaypress.az,