Veteran tennisçi korta qayıdır
“Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi Vinus Uilyams korta qayıdır. TodayPress xəbər verir ki, veteran tennisçi martin 5-16-da İndian-Uellsdə keçiriləcək WTA-1000 seriyalı “BNP Paribas Open” turnirində iştirak edəcək. 44 yaşlı Uilyams turnirə “wild card”la qatılacaq. O, karyerasında 10-cu dəfə İndian-Uellsdə mübarizə aparacaq.
Vinus üç dəfə (1998, 2001, 2018) turnirin yarımfinalına qədər irəliləyib. ABŞ tennisçisi karyerası ərzində sonuncu dəfə 2024-cü ilin martında korta çıxıb. O, Mayami turnirinin startında Diana Şnayderə (3:6, 3:6) uduzub. Vinus Uilyams hazırda dünya reytinqində 974-cüdür.
Namiq HUN
tag: Tennis,Vinus Uilyams,Turnir,Kort,Todaypress.az,