Veteran futbolçu həbs edildi

İdman

23.10.2024 18:15

Çili millisinin heyətində Amerika Kubokunun qalibi olmuş Xorxe Valdiviya cinsi zorakılıq ittihamı ilə həbs edilib.

TodayPress AFP agentliyinə istinadən xəbər verir ki, hadisə bir nəfərin "cinsi zorakılıq əlamətləri" itthamı ilə polisə müraciət etməsindən sonra yaşanıb. 

Sabiq milli üzvü ittihamları rədd etməsinə baxmayaraq, 90 gün müddətinə həbs edilib. Günahı sübuta yetirilərsə, 40 yaşlı veteran futbolçu 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Xorxe Valdiviya 2022-ci ildə peşəkar karyerasını başa vurub. O, Çili, İspaniya, İsveçrə, Braziliya, Meksika və Birləşmiş Ərəb Əmirlikləri klublarında çıxış edib. Sabiq yarımmüdafiəçi Çili yığmasının heyətində keçirdiyi 79 oyunda 7 qol vurub və 17 məhsuldar ötürmə edib. Valdiviya milli komanda ilə 2015-ci ildə Amerika Kubokunu qazanıb və iki dəfə dünya çempionatında iştirak edib.

Namiq HUN

tag: Veteran, İsveçrə, Braziliya,Xorxe Valdiviya, todaypress.az,