Veteran cüdoçuların dünya çempionatı keçiriləcək
İdman
31.10.2024 11:50
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcəklər.
TodayPress xəbər verir ki, noyabrın 4-dən 7-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək mundiala 68 ölkədən 1500-ə yaxın cüdoçu qatılacaq.
Azərbaycan yarışda kişilər arasında 8 yaş kateqoriyası üzrə heyəti Ramil Allahverdi, Ramil Danziyev (hər biri 81 kq), Mərdan Qədirli, Nazim Əliyev, Fərhad Rəcəbli ( hər biri 90 kq), İntiqam Ələkbərov, Valeri Fomin, Nizami Məmmədov (hər biri 100 kq), Qabil Qasımovdan (+100 kq) ibarət cüdoçularla medallar uğrunda mübarizə aparacaq.
Cüdoçu qadınların turnirində isə F5 yaş kateqoriyasında Zülfiyyə Hüseynova (70 kq) yarışacaq.
Namiq HUN
tag: Azərbaycan, Cüdo,Veteran,Dünya, Çempionat, todaypress.az,