Veteran cüdoçu bürünc medal qazandı
İdman
08.11.2024 17:52
Azərbaycanın veteran cüdoçulardan ibarət yığma komandası dünya çempionatını 4 medalla başa vurub.
TodayPress Cüdo Federasiyasına istinadən xəbər verir ki, ABŞ-nin Las-Veqas şəhərində keçirilən usta cüdoçuların dünya çempionatının sonuncu günündə F5 yaş kateqoriyasında yarışan Zülfiyyə Hüseynova (70 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, mundialı veteran cüdoçularımız 2 qızıl və 2 bürünc medalla bitiriblər. Ümumi hesabda komandamız 12-ci yeri turub.
Namiq HUN
tag: Cüdo, Veteran, ABŞ, Las-Veqas, Zülfiyyə Hüseynova, todaypress.az,