Veteran cüdoçu 12-ci dəfə dünya çempionu oldu

İdman

05.11.2024 12:45

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu titulunu qazanıb.

TodayPress xəbər verir ki, o, ABŞ-də keçirlən mundialın M8 kateqoriyasında fərqlənib.

Rəcəbli Las-Veqas turnirindəki ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. 

Veteran cüdoçu ardınca üç fransalı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Namiq HUN

tag: Azərbaycan, Fərhad Rəcəbli, Çempion, ABŞ, M8,todaypress.az,