"Vest Hem" Potterlə anlaşdı

İdman

09.01.2025 14:14

İngiltərənin “Vest Hem” klubu "Çelsi"nin keçmiş baş məşqçisi ilə müqavilə imzalayıb.

TodayPress klubunun rəsmi saytına istinadən xəbər verir ki, “çəkicdöyənlər” Qrem Potterə tapşırılıb.

49 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.

O, “Vest Hem”in baş məşqçisi postunda ispan Xulen Lopeteqini əvəz edəcək. Komanda Potterin rəhbərliyi altında ilk oyunu yanvarın 10-da İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər "Çelsi"yə rəhbərlik edib.

Namiq HUN

tag: Potter ,Klub, Məşqçi,Komanda, todaypress.az,